Röya Ayxanın konserti nə vaxt baş tutacaq?

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konserti sentyabrda baş tutacaq.

Miraj.az yazır ki, bu barədə müğənni özü məlumat yayıb. O bildirib ki, bu ilin sentyabrında dörd günlük konsert proqramı ilə çıxış edəcək.

Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınıb.