Neşet Ertaş filminin yayım tarixi bəlli oldu

Mərhum türk xalq musiqisi müğənnisi Neşet Ertaşın həyatından bəhs edən “Garip Bülbül Neşet Ertaş” filminin yayım tarixi bəlli olub.

Miraj.az xəbər verir ki, film dekabrın 23-də izləyicilərə təqdim olunacaq. 

Qeyd edək ki, filmdə baş rolu aktyor Ramazan Bağgül canlandıracaq. Mərhum ifaçının uşaqlıq illərini ifa etmək Onur Efe Şahinə, gənclik dövrü isə Bektaş Doluya həvalə olunub. Onun anası roluna isə ifaçı Zara həyat verəcək.