Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Miraj.az xəbər verir ki, sərəncamda deyilir:
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
