Ramiz Quliyevin 75 illik yubileyi qeyd olunacaq

Xalq artisti, tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 ilinə həsr olunan gecə keçiriləcək. Miraj.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.

Mədəniyyət nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbir mayın 6-da gerçəkləşəcək.

Gecədə tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır. Eyni zamanda professor Ramiz Quliyevin Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub.