Heydər Əliyev Sarayında xeyriyyə konserti keçiriləcək

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək. Miraj.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə keçiriləcək. Konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.

Xeyriyyə konserti mayın 9-da baş tutacaq.