Xalq artistləri Brilliant Dadaşova, Nəzakət Teymurova və Əməkdar artist Abbas Bağırov Amerikaya gedəcək. Miraj.az xəbər verir ki, müğənnilər Vaşinqtonda konsert verəcəklər.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Xəbərdə konsertin mayın 3-də keçiriləcəyi diqqətə çatdırılıb.
Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir xeyriyyə xarakteri daşıyır. Tədbirdən əldə olunan gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün lazım olan işlərə sərf olunacaq. Eyni zamanda bilet satışından əldə olunan bütün gəlirlər yüksək təlim keçmiş minaaxtaran itlərin alınmasına və Azərbaycana göndərilməsinə xərclənəcək.
“The Voice of Orchid” (Orxideyanın səsi) adlı xeyriyyə konserti Kennedi Mərkəzində keçiriləcək. Konsertdə əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, həmçinin Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Nəzakət Teymurova, Əməkdar artist Abbas Bağırov və digər solistlər çıxış edəcəkdir.