Müğənni Zamiq Hüseynov “Gözlərində” adlı yeni mahnısını və ona çəkdirdiyi klipi təqdim edib. Miraj.az xəbər verir ki, bəstənin müəllifi OGB-dir.
Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn klipdə Zamiq rəngarəng obrazlar yaradıb.
Onun stili üzərində Elnur Həsənov çalışıb. Zamiq kliplə yanaşı, yeni fotosessiyasını da pərəstişkarlarının ixtiyarına verib. Şəkillərin müəllifi isə Niko Abbasovdur.