Mayın 27-də Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsinin qazi və veteranlarının ifasında “Zəfər tarixi” adlı musiqili-bədii gecə keçiriləcək. Miraj.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq konsertə saat 19:00-da start veriləcək.
Tədbir xeyriyyə məqsədi daşıyır, biletlərin satışından əldə olunan vəsait YAŞAT Fonduna ianə olunacaq.
Konsertdə səhnədə çıxış edəcək qazi və veteranlar ixtisasca musiqiçi, aktyor, rejissor, teatrşünas, rəssam olan gənclərdir. Gecədə həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri, tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti çıxış edəcək.
“Zəfər tarixi” adlı xeyriyyə konsertinə biletləri www.iticket.az saytından elektron qaydada əldə etmək mümkündür.