Bu gün 45 yaşı tamam olan Xalq artisti Yusif Eyvazov müharibə ilə əlaqədar özəl gününü qeyd etməyəcəyini açıqlayıb. Miraj.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında məlumat verib:
“Düşünürəm ki, bir şeyi qeyd etmək üçün bayram əhval-ruhiyyəsi, xoşbəxt hiss etmək və ətrafınızda çoxlu şən insanlar görmək lazımdır.
Təəssüf ki, bu, hazırda mümkün deyil. Tək istəyim sülh, övladlarımızın xoşbəxt bir zamanda yaşaya bilməsi, insanların bir-birinə hörmət, anlayışla yanaşmasıdır. Bunun baş verməsi üçün hər birimiz özümüzdən başlamalıyıq…”.
Yusif Eyvazov özəl günündə yeni mahnısı – “Посмеёмся до слёз”u təqdim edib.
Xatırladaq ki, Yusif Ukraynadakı müharibəni pislədikdən sonra bir neçə sanksiya ilə üzləşməli olub. Onun rusiyalı xanımı Anna Netrebko da oxşar problemlələ üzləşib.