Yuri Şatunov 48 yaşında vəfat etdi, ölüm anı kameralara düşdü – VİDEO

Məşhur rusiyalı müğənni Yuri Şatunov dünyasını dəyişib. Miraj.az xəbər verir ki, “Laskovıy may” qrupunun solisti 48 yaşında vəfat edib.

Onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. İfaçının ölümündən bir neçə dəqiqə əvvəl çəkilən videosu da yayılıb. Görüntüdə halı pisləşən sənətçini dostlarının xəstəxanaya çatdırmağa çalışdığı əks olunub. Təcili yardım maşınına yerləşdirilən Yuri xəstəxanaya çatdırıla bilməyib. O, yolda olarkən, təcili yardım maşınında dünyasını dəyişib. Həkimlər kəskin miokard infarktı diaqnozu qoyublar.

Xatırlaaq ki, Yuri Şatunov 1986-cı ildə yaradılan “Laskovıy may” qrupunda çalışıb və məşhur olub. O, 1991-ci ildə qrupdan ayrılaraq Almaniyaya köçüb. Solo karyeraya başlayan Şatunov bir neçə albom çıxarıb və tez-tez Rusiyada konsertlər verib. Ailəli olan ifaçının bir qız, bir oğlan övladı var.