“Camdaki Kız” serialının Rafeti usta aktyor Tamer Levent 2 yeni seriala çəkilir. “Camdaki Kız”ın 2-ci sezon çəkilişləri başlamadan aktyor 2 filmdə rol alacaq. İlk film “Tek” adlı filmdir. “Tek”in davamı şəklində olacaq 2-ci film isə “Hiç” adlanır.
Miraj.az xəbər verir ki, “Tek” filmində Tamer Leventlə 2 istedadlı aktyor və aktrisa birgə rol alacaq. Onlar “Mahkum” serialında rol alan Onur Tuna və ən son “Uzak Şehrin Masalı” serialında izləyici qarşısına çıxmış Aslıhan Günerdir. Onur Tuna “Cem” obrazını, Aslıhan Güner isə “Canan” obrazını canlandıracaq.

