Türkiyənin GAİN rəqəmsal platformasında izləyicilərin marağını cəlb edən proqramlar, seriallar yayımlanır. Tezliklə onların sırasına biri də əlavə olunacaq. “Aslında Özgürsün” adlı serial əsasən qadın izləyicilərin daha da çox marağını cəlb edəcək.
Serial Duygu Asenanın eyniadlı romanından uyarlanır. İki qadının təsirli hekayəsindən bəhs edən kitab 2001-ci ildə işıq üzü görüb. Kitab hətta teatrda da aktrisalar Emel Çölgeçen və Pelin Öztekin tərəfindən səhnələşdirilib.

“Aslında Özgürsün” serialında iş qadını Berna ilə ümidsiz bir evdar qadın olan Belginin çox maraqlı hekayəsini izləyəcəyik. Serial 2 qadının dostluq hekayəsindən ziyadə, eyni zamanda cəmiyyətin təzyiqi altında qalan qadınların xəyalları ilə gerçəklər arasında qalmasından bəhs edir.
“Evli, mutlu, çocuklu” Belgin öz mətbəxində, Berna isə böyük plazalarda var olma mübarizəsi aparır. İki gənc qadın və ən yaxın dost, bir-birilərinə tutunaraq cəmiyyətin və kişilərin qoyduğu əxlaq anlayışına qarşı çıxıb azadlıqlarını axtarırlar.
Fərqli çevrələrdə fərqli həyatlar yaşayan, lakin eyni problemlərlə üz-üzə gələn bu obrazlara Deniz Çakır və Bade İşçil həyat verir.



Deniz Çakır güclü, sözünü deyə bilən, Duygu Asenanın dediyi kimi “eşqə aşiq”, lakin həyatta sadəcə özünə dayana bilən Berna obrazını, Bade İşçil isə özünü həyat yoldaşına və iki uşağına həsr edən Belgin obrazını canlandırır. Belgin elə hesab edir ki, öz xəyal etdiyi həyatı yaşayır. Amma həyatın onun qarşısına çıxaracağı azad ruhlu bir adama aşiq olacağından xəbərsizdir.
Serial iki uşaqlıq dostu olan qadının timsalında ilişkilərə və həyata yenilikçi baxış bucağı gətirməyi hədəfləyir.
Serialda Deniz Çakır və Bade İşçildən başqa Alican Yücesoy, Burak Yamantürk, Saygın Soysal, Berk Cankat, Ceren Taşçı, Sergen Deveci, Ecrin Bolkar, Aslı İçözü, Nurhan Özenen və 2 dəyərli aktrisa Perihan Savaş və Nükhet Duru yer alır. Serialda dəyərli aktrisalardan Zuhal Olcay da qonaq olacaq və sürpriz bir obrazı canlandıracaq. Olcay serialın uyarlandığı kitabın yazarı Duygu Asenanaya həyat verəcək.
“Aslında Özgürsün” tezliklə GAİN-də.

Serialın ilk tanıtım çarxını təqdim edirik: