Əməkdar artist Xumar Qədimova bu gün ad gününü qeyd edir. Miraj.az xəbər verir ki, hər zaman fərqli ifa tərzi ilə seçilən müğənninin 55 yaşı tamam olur.
Xumar Qədimova özəl günündə yeni nəğməsini təqdim edib. “Satar-Satar” adlı mahnının musiqisi sənətçinin özünə, sözləri isə şair-dramaturq Hidayət Orucova məxsusdur.
Sevilən ulduz tezliklə iki yeni mahnısını da pərəstişkarları ilə bölüşəcəyini bildirib.