Əməkdar artist Xumar Qədimova yeni duetini təqdim edib. Miraj.az xəbər verir ki, ilk dəfə reperlə duet ortağı olan Qədimovanın tərəf müqabili Aslixandır.
Sevilən ulduz bu dəfə də fərqli tərzlə pərəstişkarlarını təəccübləndirməyi bacarıb.
Xatırladaq ki, Aslixan indiyədək bir neçə çıxışında Xumar Qədimova sənətinə olan heyranlığını bildirib. Eyni zamanda məşhur replərindən birində “Heç kəs bizi Xumar kimi məst etmədi” sözlərindən istifadə edib.