Müğənni Xatirə İslam yenidən əməliyyat olunub. Miraj.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb.
Xatirə əməliyyatdan sonra çəkilən videosunu paylaşaraq “Bu halıma güldüm. Məni olduğum kimi qəbul edin. Mən obrazlarla yaşaya bilmərəm” sözlərini yazıb.
O, duet ortağı, Əməkdar artist Vasif Məhərrəmlini ad günü münasibətiylə təbrik edərək “Sənin ad günündə buradayam. Burada başqa işlər gedir, qadın məsələləridir” sözlərini söyləyib.
Xatirə Vasif Məhərrəmlinin başqa sənətçi ilə duet oxumasına da söz atıb: “Duet ortağınla sənə uğurlar arzu edirəm. Bəlkə sənin təzə dudet ortaqlarına mahnılarımı satım. Satım, alsınlar, tutuzdursunlar. Ciddi sözümdür. Mahnıları verirəm, pulunu da oxuyan qızdan alacam” deyə, sənətçi paylaşımında söyləyib.
Qeyd edək ki, Vasif Məhərrəmli son günlər müğənni Kəmalə Qaramollayeva ilə duet oxuyur. O, proqramlara da sözügedən müğənni ilə birgə qatılır.
Sonda onu da xatırladaq ki, Xatirə bundan əvvəl də dəfələrlə plastik əməliyyat etdirib. O, iki dəfə artıq çəkidən xilas olmaq üçün liposaksiya etdirib.