Xatirə İslam əməliyyatdan sonra fotosunu paylaşdı

Müğənni Xatirə İslam sosial şəbəkədə yeni fotosunu paylaşıb. Miraj.az xəbər verir ki, bir ay əvvəl əməliyyat olunan sənətçi arıqlaması ilə diqqət çəkib.

Xatirə İslam paylaşımına “Həyatda insan üçün nəfəsindən dəyərli heç nə yoxdur” qeydini yazıb. Onun son halı izləyiciləri tərəfindən də bəyənilib.

Qeyd edək ki, bu, ifaçının ikinci bədənşəkilləndirmə əməliyyatıdır.