Vüsalə Kərimova həmkarlarını tənqid etdi

Vüsalə Kərimova bəzi həmkarlarını sərt tənqid edib. O, bu haqda MTV Azərbaycan kanalında qonaq olarkən danışıb.

Miraj.az yazır ki, aparıcı bu haqda MTV Azərbaycan kanalında Samir Bayramlının təqdimatında yayımlanan “10-da görüşək” verilişində danışarkən deyib. O, öz yaşıdlarından sonra aparıcı yetişmədiyini deyib:

“Aparıcılardan danışsam, yer yerindən oynayar. Bizim həmyaşıdlarımızdan sonra təəssüf ki, aparıcı yetişmədi. Televiziyaya gələnlərin hamısı aparıcı olmaq istəyir. Başqa işlə məşğul olmaq istəmirlər. Öz yaşıdım olan həmkarlarımın verilişlərini izləyirəm. Onların intelektindən, danışığından zövq alıram. Digərləri danışanda mənə elə gəlir ki, ingilis dilində düşünür, ruscaya tərcümə edir, sonra azərbaycan dilində efirə verirlər. Çünki  cümlənin nə başı, nə də ayağı olur. Əksəriyyəti də sualı özü verib, özü cavablandırır. Qonağa da təsdiqləmək, “hə”, ya da “yox” demək qalır”.  

Vüsalə Kərimova bu həftədən etibarən ATV-də yeni “Xoş-beş” adlı verilişi aparır.