Vasif Məhərrəmli qəzəbləndi: “Qazandığınız pullar haram xoşunuz olsun”

Əməkdar artist Vasif Məhərrəmli “Qurd qapısı” restoranında xoşagəlməz hadisə ilə üzləşib. Miraj.az xəbər verir ki, o, sözügedən restoranda üzləşdiyi hadisə barədə məlumat verərək, insanları həmin məkana üz tutmamağa səsləyib:

“Qurd qapısı” restoranı var. Buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun”.

Vasif Məhərrəmli restoranda baş verən davanın səbəbini də açıqlayıb:

“Həmin restorana yeməyə getməmişdim, yemək yemədim. Yaxınlaşdım ki, bir otaqda oturum, 10-15 dəqiqə müsahibə verim. Keçdim oturdum, müsahibə verməyə başlamışdıq ki, gətirib masanı doldurdular. Pula görə etmədim, pul istəsələr, verərdim. Dedim, biz yemirik, 5 dəqiqə müsahibə verib, gedirik. Qayıtdılar ki, artıq kassaya vurulub. Mənə desəydilər, 50-100 manat, çıxardıb, verərdim. Onlar cibə girirlər, nakişi kimi pul qazanırlar”.