Vasif Məhərrəmli: “Kişi kirayəyə geyim götürməz”

Əməkdar artist Vasif Məhərrəmli kişi həmkarlarının kirayə geyimlərdən istifadə etməsini lağa qoyub. Miraj.az xəbər verir ki, o, “Şourum”a açıqlamasında bunları söyləyib:

“Hesab edirəm ki, kişi kirayəyə geyim götürməz. Düzgün deyil. Bəlkə də bu, qadınlara xas olan bir şeydir. Kirayəyə paltar götürərlər?”.

Vasif Məhərrəmli biznesinin olması haqda yayılan xəbərlərə də münasibət bildirib. O, bu haqda məlumatları təkzib edib:

“Elə bir şey yoxdur, qoy desinlər. Pis şey deməyiblər ki… Yalandır, amma təki elə olaydı. Mənim bütün biznesim oxumaqdır”.