Valideynlərini itirən Səlim Abbasov 1 il sonra efirə çıxdı – VİDEO

Əməkdar artist Səlim Abbasov valideynlərini itirdikdən sonra ilk dəfə efirə çıxıb. Miraj.az xəbər verir ki, skripka ifaçısı “Elgizlə izlə” verilişində qonaq olub.

Onun sözlərinə görə, son bir ildə heç bir dəvətə qatılmayıb: “Heç kimə üç günün içində iki valideynini itirməyi arzulamıram. Bir ildir nə toya, nə efirə gedirəm. Həm valideynlərimə, həm şəhidlərimizə görə… İnsan dar gündə tanınar, amma bir çoxları yanımda olmadı. İnsanın gözü qapıda olur. Həm sənətdə, həm televiziyada olan dostlarım Allahın bir mesajını yazmadı, zəngini etmədi. Amma minə yaxın insan gəldi. Bu boyda sənət sahibi olasan, ancaq valideynlərini xilas edə bilməyəsən”.

Xatırladaq ki, musiqiçinin valideynləri ötən il koronavirus infeksiyasına yoluxub və yerləşdirildikləri xəstəxanada vəfat edib. Səlim Abbasov həmin gündən bəri heç bir tədbirə qatılmırdı.