Vəfa Zeynalova qardaşına görə həkimlərə təşəkkür etdi

Əməkdar artist Vəfa Zeynalova Milli Onkologiya Mərkəzində çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Miraj.az xəbər verir ki, görüntüdə aktrisanın ağladığı diqqət çəkir.

Vəfa Zeynalova ağlaya-ağlaya həkimlərə təşəkkür edib: “Əziz izləyicilər, Milli Onkologiya Mərkəzindəyəm. Bayram ərəfəsidir, hər birinizin bayramını təbrik edirəm. Ən əziz günlərimiz, bayram olmasına baxmayaraq, həkimlərimiz iş bağındadır. Heç kimin yolu bura düşməsin. Amma düşəndə də, yaxşı ki, həkimlərimiz var. Bir barmağımız kəsiləndə belə onlara müraciət edirik. Yaxşı ki, onlar var, yaxşı ki, bizimlədirlər”.

Aktrisa gözünün yaşını silə-silə bu tibb ocağında çalışan bir neçə həkimə öz təşəkkürlərini də çatdırıb.

İzləyicilərinin ona səhhəti ilə bağlı ünvanladığı suallara isə aktrisa belə cavab verib: “Sağlamam, səhhətimlə bağlı heç bir problem yoxdur. Sadəcə, yaxşı həkimləri siz də tanıyasız deyə, paylaşım etdim. Vaxtiylə qardaşımı müalicə edən həkimlər idi. Hamınıza can sağlığı arzulayıram”.