Ukraynanın əməkdar artisti Oksana Şvets Kiyevdə raket hücumu zamanı həlak olub. Miraj.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Şvetsin işlədiyi Gənclər Teatr da bununla bağlı açıqlama yayıb və 67 yaşlı aktrisanın vəfat etdiyini təsdiqləyib. Oksana Şvets 42 il səhnədə çıxış edib.
Bundan əvvəl mart ayında İrpen uğrunda döyüşlər zamanı Rusiya hərbçiləri aktyor Paşa Lini öldürmüşdülər.