Uill Smit “Oskar” zamanı xanımını ələ salan Kris Roka şillə vurdu – VİDEO

Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı ABŞ-dan olan aktyorlar – Uill Smit və Kris Rok arasında qalmaqal yaşanıb. Miraj.az xəbər verir ki, “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri Kris Rok açıqlayıb.

Komediya ustası çıxışı zamanı Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitlə bağlı uğursuz zarafat edib. Belə ki, o, Smitin xanımının “heyranedici, çox qısa saçları” olduğunu vurğulayıb. Uill Smit onun bu zarafatlarına gülsə də, qəfildən oturduğu yerdən qalxaraq səhnəyə çıxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə təhqiramiz söz deyib. Bu zaman verilişin səsi kəsilib və Smitin sözləri naməlum olaraq qalıb. Rok isə baş verənləri “bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi” adlandırıb.

Bundan sonra mərasim öz qaydası ilə davam edib.

Xatırladaq ki, Uill Smitin həyat yoldaşı saç tökülməsinə səbəb olan otoimmün xəstəliyindən əziyyət çəkir. Ünlü aktyorun xanımı bunu gizlətməyəcəyini açıqlayıb.