“Kırmızı Oda” serialı bitdiyindən bəri TV8 ekranlarında heç bir serial yayımlanmırdı. Kanalın əlində yayımlanmağı gözləyən yeni bir serial var. “Annenin Sırrıdır Çocuk” adlanan bu serial NTC Medya şirkəti tərəfindən istehsal olunur.
Serialda İrem Helvacıoğlu, Engin Öztürk, Selin Yeninci və Olgun Toker baş rolda yer alır. İrem Helvacıoğlu “Defne”, Engin Öztürk “Sadun”, Selin Yeninci “Meryem”, Olgun Toker “Çınar” obrazını canlandırır.




Bəs “Annnin Sırrıdır Çocuk” serialında söhbət nədən gedir? Gəlin bir göz ataq.
Defne və Sadun keçmişdə çox gözəl bir eşq yaşayıblar. Elə bir eşq ki, baxanda izləyicilərin içini isidəcək. Amma serialda baş verən olaylar bəzilərinin hətta ən yaxınlarından belə şübhə duymasına səbəb olacaq.
Defne və Meryem ana olmağa hazırlaşan iki yaxın rəfiqədirlər. Və Defne artıq Çınar ilə evlidir. Tanıtımdan göründüyü qədəri ilə Defne uşağını dünyaya gətirdikdən sonra Meryem Defnenin körpəsini oğurlayır. Meryemin niyə belə etdiyini serial başladıqdan sonra biləcəyik. Bu sırada Defne illər sonra Sadun ilə yenidən qarşılaşacaq. İkilinin keçmişdə yaşadığı eşq bu qarşılaşma ilə başqa bir nöqtəyə daşınacaq.
Bir sözlə, dram və intriqaların da olduğu hekayə bizləri gözləyir. Analığın qadınlara verilən ən önəmli dəyər olduğunu gözlər önünə sərəcək olan “Annenin Sırrıdır Çocuk” tezliklə TV8 ekranlarında izləyici qarşısına çıxacaq.

“Annenin Sırrıdır Çocuk”: İlk tanıtım
“Annenin Sırrıdır Çocuk”: 2-ci tanıtım