Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib. Miraj.az xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib.
Türkiyə mətbuatının yazdığına görə, ötən gecə səhhəti pisləşən Cüneyt Arkın dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlər aktyorun həyatını xilas edə bilməyib.
Aktyor 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. O, “Koroğlu”, “Malqoçoğlu Cem Sultan”, “Haqq yolu”, “Dəli Yusif”, “Dünyanı xilas edən adam”, “Quruluş: Osman” ekran əsərlərində oynadığı rollarda məşhurluq qazanıb.
Cüneyt Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır.