Tünzalə Ağayeva: “Uşaq az bal toplayıbsa, özünü asmalıdır?”

Xalq artisti Tünzalə Ağayeva valideynlərə müraciət ünvanlayıb. Miraj.az xəbər verir ki, sosial şəbəkədə video yayımlayan müğənni, son günlər baş verən uşaq intiharlarından danışıb:

“Test imtahanlarında fəlakətlər baş verir: sən niyə 400, 500 bal yığmadın? Bu uşağın canından əl çəkin. Bir soruşursunuz, ay uşaq, özünü necə hiss edirsən? Gecə-gündüz müəllim yanında öldü.

Bəli, uşaq çalışmalıdır, təhsil dalınca getmək lazımdır. Amma bu uşaq bir az az bal toplayıb, valideynin bəhrəsini verməyibsə, özünü asmalıdr? Bu, faciədir, dayanmalıyıq, uşaqların üstünə getməməliyik.

Uşaqların kiçik və böyük əməyini, nailiyyətini necə ölçürük – öz marağımızla? Mən deyən olmalıdır – yanaşması ilə? Yoxsa onun seçiminə göstərdiyimiz anlayışla? Yoxsa onun seçiminə göstərdiyimiz anlayışla? Nə qədər gec deyil, düşünək: uşağımızı xoşbəxt görmək istəyirikmi? Bu yolda ona ciddi dəstək vermək istəyirikmi?”