Tünzalə Ağayeva da Türkan Vəlizadəni tənqid etdi

Xalq artisti Tünzalə Ağayeva müğənni həmkarı Türkan Vəlizadənin ifasını tənqid edib. Miraj.az xəbər verir ki, “Şourum”da çıxış edən sənətçi bunları söyləyib:

“Potensialı olan insanlar yanlış musiqiyə gedir. Mənə deyə bilər, bilmirsiniz, mənim izləyicim bunu istəyir, bazarım bu musiqidədir. Bu səbəbləri hər gün eşidirəm, faciəvi reallıqdır.

Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir “TikTok”da məşhur olur. Mətbəxin, hamamın hamamlığı qalmayıb. Hamı nəsə çəkir və məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirilməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunku musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. 45 yaşım var, 22 ildir müasir musiqidə töhvəsi və tamaşıçısı olan biriyəm. Gecələr vicdanlı yatıram. Üzülürəm ki, gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin”.

Xatırladaq ki, bir müddət öncə Sevda Ələkbərzadə də Türkan Vəlizadənin ifa etdiyi mahnıları tənqid etmişdi.