Tolik Afaq Gəncəlini sərt tənqid etdi: “Canı çıxsın, istinad etsin”

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) aparıcı Afaq Gəncəlini onun proqramından mövzu oğurlamaqda ittiham edib. Miraj.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Tolik “Səhər mərkəzi” verilişində olan mövzuların onun proqramından götürüldüyünü bildirib. O, Afaqa və proqramın digər aparıcısı Tural Əsədova səslənərək, redaktorun oğurluq etdiyini vurğulayıb:

“Heç kimin verilişindən məvzu götürüb qonaqlarıma sual vermirəm. Verilişim verilişindən, sponsorum sponsorunuzdan artıqdır. Qoşa-qoşa aparıcılardı, amma veriliş başdan ayağa “şparqalka”dan ibarətdir. Reytinqiniz kanallar arasında hamıya bəllidir. Canım Afaq, bilirsən ki, xətrin əzizdir. Amma “naftalin redaktor”una de ki, mən onun üçün o biriləri deyiləm. Mənim verilişimdən çıxan xəbərlərlə öz verilişinizi doldurursunuzsa, redaktorunuzun canı çıxsın, istinad etsin. Mənim mövzumu özününküləşdirəndə, bax belə olur”.

Qeyd edək ki, Tolik MTV-də “Tarixin bir günü” adlı proqramda aparıcılıq edir. Bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın TikTokda 35 min dollar qazanması mövzusu Tolikin proqramında olsa da, Afaq və Tural verilişdə onu müzakirə ediblər.