Təranə Səmədova növbəti dəfə saxlanıldı

Prodüser Təranə Səmədova növbəti dəfə polis tərəfindən saxlanılıb. Miraj.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində məlumat verib.

O bidirib ki, proqrama dəvətli olan prodüser efirə gələrkən polisə müqavimət göstərdiyi üçün saxlanılıb.

Lalə Azərtaşın sözlərinə görə, Təranə ilə danışıb və prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmışdı. O, həmin vaxt 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.