“Süslü Korkuluk”da yenə dəyişiklik

“Süslü Korkuluk”un baş rolunun dəyişəcəyi ilə bağlı yeni bir iddia ortaya atılıb.

Miraj.az xəbər verir ki, sözügedən serialda Çağatay Ulusoyun tərəf müqabilinin dəyişəcəyi ilə bağlı bir fikir səsləndirilib. Belə ki, serialda aktyorun tərəf müqabilinin Alina Boz olacağı deyilmişdi. Ortaya atılan yeni iddiaya görə, Çağatay Ulusoyun tərəf müqabilinin Esra Bilgiç olacaq.

Xatırladaq ki, “Süslü Korkuluk” Netflix-də yayımlanacaq.