Müğənni Sevda Yəhyayeva həyat yoldaşı Zakir Bayramovla olan evliliyindən danışıb. Miraj.az xəbər verir ki, o, “MTV maqazin”ə açıqlamasında həyat yoldaşı ilə aralarında qısqanclığın olmadığını bildirib:
“Subaylıq sultanlıqdır deyirlər, amma evlilik padşahlıqdır. Lakin evlənmək xətrinə yox, məsləhət görürəm ki, həqiqətən ürəklərincə olan insanı sevib-seçib ailə qursunlar. Ailə qurmaq xətrinə bunu etməsinlər.
Sevdiyim işlə məşğul oluram, baxmayaraq ki, ailəm böyüyüb, onlar da mənə dəstəkdir. Ona görə də nə çətinliyim olacaq ki? Hər birimiz öz işimizlə məşğuluq. Həmişə necə, indi də elə, səhnədəyəm. Qısqanmaq məndə də var, amma hər şey qədərində. Qısqanmır o mənadakı hər şey öz əndazəsindədir. Elə bir yaşdayıq ki, atdığımız addımı, dediyimiz sözü də bilərək edirik. Ona görə də qısqanmağa heç bir səbəb yoxdur. Nəyə qısqanaq, 15 yaşımız yoxdur. Bu haqda danışmaq istəmirəm, çünki xoşbəxt həyatımın ən gözəl günlərini yaşayıram. Özümü buna kökləmişəm ki, hər şey yaxşıdır və bundan da yaxşı olacaq”.
Sevda Yəhyayeva uşaqla bağlı düşüncələrini “Niyə də yox, o da Allah istəyəndə olacaq” sözləri ilə ifadə edib.