Müğənni Sevda Sanalıyeva sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Miraj.az xəbər verir ki, ifaçı “İnstagram”da canlı yayım açaraq bunları söyləyib:
“Müğənnilər haqda danışanda diqqətli olun. Onun anası, atası, balası var. Təhqir edirsiz müğənniləri. Təsəvvür edin, mən sizi təhqir edirəm, ailəniz bunu görür. Yazılan rəylər məni pis edir. Sənət yoldaşlarımın necə əziyyətlə pul qazanıb, əziyyət çəkdiklərini görürəm. Heç kimin əziyyətini yerə vurmayın. Bəyənmədiyinizi təhqir etməyin.
Heç kim asanlıqla bu yerə gəlib çıxmayıb. Məni sevməyənləri sevmirəm, xoşlamıram. Pis sözlər, təhqir yazanları sevmirəm. Əvvəl cavab vermirdim, amma artıq bezmişəm, yorulmuşam”.