Şakira Pikenin karyerasını bitirmək istəyir

Dünya şöhrətli müğənni Şakira “Barselona”nın müdafiəçisi Jerar Pike ilə ayrıldıqdan sonra onun karyerasını məhv etmək istəyir.

Miraj.az xəbər verir ki, Şakira xəyanətə uğradıqdan sonra Pikedən qısas almaq niyyətindədir. O, övladlarının qəyyumluğunu alaraq ABŞ-də yaşamağı planlaşdırır.

Pike isə öz növbəsində uşaqların Barselonada qalmasını istəyir. Çünki gərgin iş qrafiki səbəbindən onun oğulları ilə vaxt keçirmək üçün ABŞ-ə getməsi çətin olacaq.

İspaniya mətbuatının yazdığı məlumata görə, Şakiranın vəkilləri oğullarının qəyyumluğu tələbi ilə məhkəməyə müraciət etməyə hazırlaşır. Bundan başqa, o, uşaqları Mayamidən çıxartmağa əngəl törədən Pikenin karyerasını bitirməyə çalışır.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Məlum olub ki, ayrılıq xəbərinin mediaya sızmasından bir neçə gün əvvəl Şakira xəstəxanaya yerləşdirilibmiş.

Şakira və Pike 11 ildir münasibətdə olsalar da, rəsmi nikahda deyillər.