Şakira Jerar Pikedən ayrıldı – Xəyanətə görə

Kolumbiyalı müğənni Şakira futbolçu sevgilisi Jerar Pikedən ayrılıb. Miraj.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Ayrılığa xəyanətin səbəb olduğu bildirilir. İddialara görə, Şakira Pikenin başqa bir xanımla münasibətdə olduğunu öyrənib. Bu hadisədən sonra isə futbolçu Barselonadakı evinə köçüb.

Cütlüyün münasibətlərində mart ayından etibarən problem yaşandığı bildirilir.

Daha bir iddiaya görə, Pike İspaniyanın “Barselona” klubundakı komanda yoldaşı Qavinin anası ilə gizli eşq yaşayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Uzun müddətdir görüşən qadın və futbolçu bu münasibəti çox gizlədə bilməyib. Onların eşq macərasından xəbər tutan Şakira ayrılıq qərarı alıb.

Pikenin bir müddətdir köhnə evində tək yaşadığı iddia olunur. Futbolçunun tez-tez gecə klublarında görüntüləndiyi bildirilir.

Xatırladaq ki, Şakira və Pike 2011-ci ildən vətəndaş nikahında yaşayır. Onların iki övladı var.