Kolumbiyadan olan dünya şöhrətli müğənni Şakira ispaniyalı ulduz futbolçu Jerar Pikedən ayrılıb. Miraj.az xəbər verir ki, müğənninin kommunikasiya agentliyi Şakiranın dediklərini belə çatdırıb:
“Yollarımızın ayrıldığını təəssüflə təsdiqləyirəm. Ən yüksək prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirəm. Anlayışınız üçün minnətdaram”.
Xatırladaq ki, daha əvvəl Pikenin Şakiraya xəyanət etdiyi üçün çütlüyün arasında qalmaqal olduğu xəbəri yayılmışdı. Qalmaqalda Pikenin komanda yoldaşı olan Qavinin anasının da adı hallanır. Pikenin məhz bu xanımla Şakiraya xəyanət etdiyi iddia olunur. Guya Şakira Pikeni məhz Qavinin anası ilə gördüyü üçün ayrılmağa qərar verib. Amma futbolçunun son aylarda Şakiraya başqa qadınlarla da xəyanət etdiyinə dair iddialar var.
Şakira ilə Pike 2010-cu ildə Cənubi Afrikada təşkil olunmuş dünya çempionatında tanış olmuşdu. Onlar 2011-ci ildən vətəndaş nikahında yaşayırdılar. Cütlüyün Milan (9 yaşlı) və Saşa (6 yaşlı) adlı iki övladı da var.