Sərxan Kərəmoğlu onları tənqid etdi: “Camaatı dəli yerinə qoymusunuz?”

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya toya gedən bəzi müğənniləri tənqid edib. Miraj.az xəbər verir ki, aparıcı sosial şəbəkədə qonşu ölkədəki toylara gedib qayıda bilmədiklərini söyləyən sənətçilərin səmimiyyətinə inanmadığını bildirib:

“Bəzi müğənnilər deyirlər ki, yollar bağlıdır. Onlar özlərini ya harasa salmaq, ya da çıxarmaq istəyirlər. Bu, mənə çatmır. 2-3 mənalı söz demək düzgün deyil. Bəs deyirsiniz ki, 5, 6, 8 min dollara toylara gedirəm. Bu qiymətə gələn adam başqa bir ölkəyə uçub, oradan Azərbaycana qayıda bilmir? Bir neçəsi deyir ki, gəlib burda qaldıq. Necə qala bilərsən? Mən Moskvadayam, toyum var qalıram, yoxdursa, qayıdıram.

Eləsi də var deyir ki, gələ bilmədim, pulumu itirirəm. Toya görə normal pul alırsansa, necə gələ bilmirsən? Səni toyda görmək istəyirlərsə, 5-6 min verirlərsə, min də artıq ödəsinlər, Özbəkistana uç və oradan gəl. Camaatı dəli yerinə qoymusunuz?”.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni Damla toya görə Moskvaya getdiyini, lakin uçuşların dayandırıldığına görə Azərbaycana qayıda bilmədiyi açıqlamışdı. Müğənni Türkan Vəlizadə də Moskvadakı toy və tədbirlərinin təxirə düşdüyünü bildirmişdi. Əvəzində Şəbnəm Tovuzlu ötən gün Rusiya paytaxtına yollandığını bəyan edib. Amma o, Moskvaya hansı yolla getdiyini açıqlamayıb:

“Toya 8 min dollara gedən yol tapıb gedəcək. Sərxan düz deyir. Çoxları toya 2 min dollara gedir deyə, indi qalıblar orada, qayıda bilmirlər. Mənim də toyum qalmışdı. Amma 5 min manat verib iki nəfərə bilet aldım. Özü də birtərəfli uçuş üçün. Toyumun qiymətini də 3 qat bahalaşdırdım. Çoxları sevinirdi ki, Şəbnəm Moskvaya gələ bilməyəcək, toylar onlara qalacaq. Amma olmadı, gəldim və toylarımı aparacam”.