Şəhriyar Əbilov Oksana Rəsulova ilə evliliyindən danışdı

Aparıcı Şəhriyar Əbilov rəqqasə və aktrisa Oksana Rəsulova ilə evliliyindən danışıb. Miraj.az xəbər verir ki, o, “MTV maqazin”ə açıqlamasında bunları söyləyib:

“İkimiz də dinamik və lider xasiyyətdə insanlarıq. 20 illik dostuq, bilirik harada “stop” verməliyik. Hər gün də oğlumuzu götürüb gəzməyə gedirik. Onun hər nəfəsi bizim üçün bir xoşbəxtlikdir”.

Şəhriyar Oksananın ona qoyduğu qadağalardan da söz açıb: “Evdə Oksana tərəfindən senzura var: uşağın fotosunu çox paylaşmaq olmaz. Göz, mənfi enerji var. Uşağın səhhətinə təsir edir. Ona görə də fotosessiya etmirik. İstəmirik uşaqla reklam olunaq.

Oksana qısqancdır. Amma artıq hər şeyi dərk edirik, münasibət yolundadır. Oksana qısqanclığını bildirmir. Kişilərə deyirəm ki, artıq “İnstagram” səhifəniz olmasın, ehtiyatlı olun. Təki hamının gözü xoşbəxtlikdən kor olsun, sağa, sola baxmasınlar”.

Şəhriyar qız atası olmaq istədiyini də bildirib: “Kim istəməz qız atası olsun? Qızlar ataları ilə daha yaxşı dost olurlar”.

Şəhriyar Əbilov və Oksana Rəsulovanın evliliyi 2021-ci ildə üzə çıxıb. Lakin onlar öz açıqlamalarında bundan dörd il əvvəl ailə qurduqlarını bildirirlər. Oksana daha öncə də evli olub, Şəhriyarın isə ilk evliliyidir.