Müğənni Səidə Sultanın estrada musiqisinin bugünkü vəziyyəti barədə səsləndirdiyi tənqidi fikirlərə həmkarı Şəbnəm Tovuzlu cavab verib. Miraj.az xəbər verir ki, Səidə Sultan hazırda “Youtube”-da milyonlarla baxış toplayan mahnıların Azərbaycan musiqisi üçün utanc olduğunu söyləyib:
“Azərbaycan musiqisi zay günündədir. Sizə elə asan gəlir, amma musiqi pis gündədir. Mənim yaşıdlarım gözəl müğənnilərdir. Gözləyirdim ki, bizdən sonra gələnlər xaricə çıxıb, Avropada özlərini tanıdacaqlar. Çünki inkişaf elə gedirdi. Əksinə 30 il geriyə getdi. Amma indi gələnlər “rakka-çıkka” oxuyur. Pis günə qoyurlar, musiqi bədbəxt gündədir. Xaricdən gələn qonaq qulaq asır, utanıram. Milyon baxış o deməkdir ki, hər şey “bomba”dır?”
Şəbnəm Tovuzlu Səidənin bu fikirlərinə “Tarixin bir günü” proqramında reaksiya verib. İfaçı çıxışı zamanı Səidə Sultanın “bayağı ifaçı” adlandırdığı sənətçilərin daha üstün olduğunu vurğulayıb:
“Səidə dostumdur, amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək, onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, kütlə sevgisində, efirin tələbatında bir yerdə duraq, görək kim yüksəkdir? Bəli, bu yerdə biz üstünük. Mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçatmağa heç kimin haqqı yoxdur”.