Rusiya Kann Film Festivalına buraxılmayacaq

Kann Film Festivalının təşkilatçıları Rusiya nümayəndə heyəti ilə bağlı qərar qəbul edib. Miraj.az xəbər verir ki, festival bu il sözügedən ölkənin rəsmi nümayəndə heyətini qəbul etməkdən imtina edib.

Bu barədə festivalın saytında dərc olunmuş rəsmi bəyanatda deyilir. Bildirilir ki, təşkilatçıların fikirləri hazırda həyatları təhlükə altında olan ukraynalı sənətçilərə yönəlib və onlar tədbirdə rusların iştirakını alqışlamırlar:

“Müharibə Ukrayna xalqını qane edəcək şəraitdə bitməsə, Rusiya nümayəndə heyətini rəsmi şəkildə qəbul etməyəcəyimizlə bağlı qərar verilib. Tədbirdə Rusiya nümayəndə heyətləri və Rusiya hökuməti ilə əlaqəsi olan kəslərin iştirakına icazə verilməyəcək”.

Kann Film Festivalı bu il mayın 17-dən 28-dək Fransanın Kann şəhərində keçiriləcək.