Rusiya “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırıldı

Rusiya bu il “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək. Miraj.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilat komitəsi məlumat yayıb.

Fevralın 24-də Ukraynanın milli teleradio şirkəti hər il “Eurovision” musiqi yarışmasını təşkil edən Avropa Yayım Birliyinə (EBU) müraciət etmişdi. Ukraynalılar Rusiyanın müsabiqədə iştirakına qadağa qoyulmasını xahiş etmişdilər. Ötən gündən etibarən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması Avropa Yayım Birliyinin də qəti addımlar atmasına səbəb olub. Yekunda Rusiyanın yarışdan kənarlaşdırılmasına qərar veriliib.

“Eurovision” mahnı müsabiqəsi bu il İtaliyanın Turin şəhərində keçiriləcək.