Müğənni Niyam Salami Xalq artisti Röya Ayxanla küsülü olduğunu açıqlayıb. Miraj.az xəbər verir ki, o, bu barədə “Şourum”a açıqlamasında bildirib:
“Röya ilə münasibətim yoxdur. Dua edirəm ki, üz-üzə gəlməyək. “Salam” almır. Ona görə də, xoşum gəlmir. “Salam” Allahın salamıdır, almaq lazımdır. Bunun dostluğa aiddiyatı yoxdur. Yalandan deməsin, eşitmirəm”.
Niyam digər həmkarı Roza Zərgərli ilə də danışmadığını bəyan edib. Rozanın ifasını dinləyən Salami, “İçimdən gələnləri efirdə yox, üzünə deyə bilərəm. Münasibətimiz yoxdur” sözlərini işlədib.
Müğənni Niyam Salami qardaşı oğlunu övladlığa götürdüyünü də açıqlayıb. Aparıcı Afaq Gəncəlinin “Allah özünə övlad qismət etsin” sözlərinə isə sərt reaksiya verib:
“Lazım deyil, Allah eləməsin. O uşağı saxlaya bilməyəcəm, istədiyim kimi böyüdə bilməyəcəm. İndiki uşaqların tərbiyəsindən xoşum gəlmir. Mənim verdiyim tərbiyə də yerində qalmır”.