Xalq artisti Röya Ayxan bu gün 40 yaşını qeyd edir. Miraj.az xəbər verir ki, o, bu gün “Xəbər-ətər” proqramının qonağı olub.
Müğənni verilişdə maraqlı açıqlamaları ilə diqqət çəkib: “Düşünürəm ki, indi yaşayıram. Buna qədər çabalayırdım ki, yaşamağa doğru gedim. Gələcəyim üçün hər şey qurdum. Artıq xalayam, baldızam. Bu yaşa qədər yaşadıqlarıma baxıram, düşünürəm ki, bundan sonra daha gözəl yaşayacam. Amma uşaqlıq heç vaxt keçməyəcək”.
Mahnılarından danışan Röya maraqlı etiraf da edib: “Oxuduğum mahnıların çoxu özümə aiddir: ən yalançı da, atıb gedən də, yarımçıq da mənəm. Mahnıları oxuyuram, sonra dərk edirəm ki, vəfasız tərəf mənəm”.
Röya Ayxan bildirib ki, hazırda qazancını oğlu Hüseynin təhsilinə xərcləyir:
“Artıq həyatı bir qadın kimi yaşayıram. İşləyirəm və deyirəm ki, bu, sərmayəni ayırıram oğlumun təhsilinə. Çox yaxşı adam və mənə baxan oğul olsun. Əvvəl bahalı paltar mərhələsində idim, indi isə oğlumun təhsilidir əsas”.