Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan “Ağla” adlı klipini təqdim edib. Miraj.az xəbər verir ki, ekran işi Müjdat Küpşi tərəfindən çəkilib.

Bəstənin sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova məxsusdur.
Xatırladaq ki, Müjdat Küpşi bundan əvvəl Röya Ayxanın “Xəyanət”, “Mən sənsiz”, “Sənə ehtiyacım var”, “Unutmaq lazımdır” kimi layihələrini də lentə alıb.