Rəqsanə: “Həbsxana kişi üçündür”

Müğənni Rəqsanə İsmayılova həmkarı Manaf Ağayevin 15 sutka həbs cəzası almasına münasibət bildirib. Miraj.az xəbər verir ki, o, “İnstagram”da açdığı canlı yayımda bunları söyləyib:

“Bilirik ki, Manaf Ağayev Füzuli rayonundandır və torpaqlarımız düşmən tapdağından azad olunub. Manaf Ağayev də ola bilsin ki, icazəsiz ora gedib. İcazə alınmayıb. “Allah qapısını açsın” deyək. Manaf çox yaxşı oğlandır. Ona da, ailəsinə də çox böyük hörmətim var.

Qanunlar istər Rəqsanə, istər digər vətəndaşlar üçün keçərlidir. Belə də ki, həbsxana kişi üçündür. Hər birimiz çətin gündə bir-birimizə dəstək olmalıyıq. Dövlət tərəfindən ora girmək qadağası varsa, icazə almalıyıq. Bizi tərifləyən insanlar başımıza nəsə gələndə başlayırlar haqqımızda pis şərhlər yazmağa. Manafın bu addımı qanunla yoluna qoyulmasaydı, sabah insanlar deyəcəkdi, müğənni getdi, gəldi, özünü göstərdi, ona heç nə etmədilər”.