“Qarabağ” – “Olimpik” matçından öncə onların konserti olacaq

Sabah futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” – “Olimpik” (Marsel) oyunu keçiriləcək. Miraj.az xəbər verir ki, Bakıda baş tutacaq cavab oyununa gələn azarkeşləri sürpriz gözləyir.

Belə ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Fevralın 24-də keçiriləcək “Qarabağ” – “Olimpik” (Marsel) matçına saat 21:45-də start veriləcək. Bu komandalar arasında ötən həftə Fransada keçirilmiş ilk oyun Ağdam təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.