Pərvin Abıyeva Azər İsmayılovun cavabını verdi

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda onun haqqında danışan aparıcı Azər İsmayılova səslənib. Miraj.az xəbər verir ki, Pərvin Azərin TikTok-da veriliş açmasını da ələ salıb:

“Gecənin bu vaxtı çalışırsan insanları bizə qarşı çevirəsən. Niyə? Çörəyinə bais oluram, dəstəkçini əlindən alıram, arxanca pis-pis hərəkətlər edirəm? Sən etdiklərini etmirəm ki. Deyir, onları TikTok-dan çıxartmaq lazımdır. Onun da başı gedib. Sənin mənimlə nə işin var? Kim irəli gedirsə, gözünə girir. Başını sal aşağı, TikTok-da verilişini apar. Gör, buranı nə qədər ciddiyə alırsan ki, burada veriliş açırsan. Bu da tutuzdurmaq üçün bir variantdır. Adını çəkmirəm, adımı çəkmə, söhbətimi etmə. Mən qazandığım pulları qaziyə, xəstəyə atıram. Yardıma möhtac olanla yayım açıram, onlara qazandırıram. İki həftədir qazilər sıralamadadır, birinə bir hədiyyə atmamısan”.