Oksana Rəsulova: “Bunlar şayiədir, bizim evliliyimiz saxta deyil”

Rəqqasə və aktrisa Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovla evliliyi barədə danışıb. Miraj.az xəbər verir ki, o, Şəhriyarla evliliklərini saxta adlandıranlara “Şourum”da belə cavab verib:

“Heç nə deməyəcəm. Bizimki saxta evlilik deyil. Bizim gerçək övladımız və ailəmiz var. Bir evdə yaşayırıq. Bunlar şayiədir. Mübahisəmiz Osmana görə olur. İndi elə vaxtıdır ki, məndən yox, atasından götürür. Ona görə deyirəm ki, Şəhriyar hərəkətinə, danışığına fikir ver”.

Oksana övladı Osmanı dayəyə etibar etmədiyini söyləyib: “Osmana mənim xalam baxır. Xalam bizimlə yaşayır, biz bir ailəyik. Şəhriyarın gözəl ailəsi var, nə yaxşı həyat yoldaşım odur və oğlumun atasıdır”.

Oksana Rəsulova yenidən ana olmaq istədiyini də gizlətməyib. Amma o, səhhətində problem olduğunu etiraf edib:

“Çox istəyirəm yenidən ana olum, ikinci övladım doğulsun. Mənim səhhətim icazə versə, lap üç övlad istəyərdim. Amma səhhətimlə bağlıdır”.