Aktrisa və prodüser Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv seçilib.
Miraj.az xəbər verir ki, bu barədə qərar ittifaqın dünənki iclasında verilib.
Bildirilib ki, iclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Mirbala Səlimli, Ziya Şıxlinski, rejissorlar Oleq Səfərəliyev, Tahir Tahiroviç iştirak edib.
İclas zamanı ittifaqının üzvlüyünə ərizə verənlərin namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Oksana Rəsulovadan başqa üzv seçilənlər də olub. Onlar Rasim Cəfərov, Nadir Bədəlov, Reyhan İsayeva, Manaf Dadaşov, Ramiz Ağayev, Sain Fərmanlı, Murad Abdullayev Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.