Müğənni Nura Suri sənətçilərin geyimlərini müzakirə edib. Miraj.az xəbər verir ki, o, “7 Özəl” proqramında uzun müddətdir küsülü olduğu Nigar Camalı zövqsüz adlandırıb.
Müğənninin sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş Nigarın “Mush-ap” klipindəki Merlin Monro obrazı da uğursuz alınıb:
“Orada 80-ci illərin obrazı Merlin Monro obrazından daha uğurlu idi. Nigar fərqli, maraqlı ifaçıdır. Amma zövq barəsində zövqünü formalaşdırmayan, obrazını yaratmayan ifaçıdır. Stilistlərlə işləsəydi… Ayın yarısını Londonda, yarısı Azərbaycandadır. İstəsəydi, cəhd etsəydi, gözəl bir obraz yaradardı və qəbul olunardı. Fikrimcə, hələ axtarışdadı. Merlin Manro obrazı alınmayıb. Heç kim inciməsin, Merlin Manro obrazı mənim Gürcüstandakı klipimdə daha yaxşı idi, stilist Syama ilə eynisini yaratmışdıq. Səmimiyyətimə inanın, heç kimə söz atmıram”.
Nura Suri daha sonra sənətçiləri geyiminə görə sıralayıb. O, Nigarı yeddinci yerə layiq görərək bunları əlavə edib: “Nigar məndən inciməsin. Baxmayaraq küsülüyük, salamlaşaram. Bəyənirəm, gözəl ifası olsa, paylaşacam. Merlin Monro obrazında zəiflik var idi, başqa variantım da yox idi”.