Niyam Salami: “Heç kim mənə şillə vura bilməz”

Müğənni Niyam Salami küsülü olduğu həmkarı Kərim Abbasovun onun ünvanına dediklərinə cavab verib. Miraj.az xəbər verir ki, o, “Səhər mərkəzi” proqramında Kərimin onun üçün söylədiyi “Harda görsəm, ona şillə vuracam” sözlərini tənqid edib:

“Danışıqla əməli üst-üstə gəlmir. İnsan danışanda sərhəd qoymalıdır. Efirdir, orada dediklərinə sonra cavab verməlisən.

Mənə hələ sual verən olmayıb ki, niyə danışmırsan? Demək, heç kimə lazım deyil, öz aramızdadır. Kimə maraqlıdırsa, gedib köhnə süjetləri çıxartsın. Görün, mən kiməsə söz atmışam? Mənim evimdə ancaq mən stola vura bilərəm. Heç kim yiyəsiz deyil, hələ mən heç. Bizim aramızda olan münasibət mənlik deyil. Yanımda kimsə varsa, ona sona kimi “can” deyəcəm. Onlara da qışqırıram. Rəhim Rəhimli ilə danışmırıq, bu, efirlik deyil. Heç kim mənə şillə vura bilməz”.